Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Baydenin köməkçiləri artıq tükəndiklərini etiraf etdilər

© AP Photo / Carolyn KasterДжо Байден, фото из архива
Джо Байден, фото из архива - Sputnik Azərbaycan, 1920, 04.02.2021
Abunə olmaq
Baydenin köməkçiləri bəyan edirlər: indi əsas fərq ondan ibarətdir ki, onlar Rusiyaya qarşı təzyiqi müttəfiqlərlə koordinasiya etmək üçün daha səylə çalışacaqlar. Söhbət eks-prezident Donald Trampın son dörd il ərzində məhəl qoymadığı müttəfiqlərdən gedir.

BAKI, 4 fevral — Sputnik. ABŞ Prezidenti Co Baydenin köməkçiləri belə hesab edirlər ki, bu ölkənin Rusiyaya qarşı sanksiyalar tətbiq etmək baxımından imkanları "xeyli tükənib" və lazım gələrsə, ölkə rəhbərliyi "təzyiq göstərmək" üçün müttəfiqlərlə işləyə bilər. Bu barədə "New York Times" xəbər yayıb.

Qəzet yazır ki, Baydenin yüksək çinli köməkçiləri Kremlə münasibətdə sanksiyalar baxımından olduqca tükəndiklərini etiraf ediblər.

"Baydenin köməkçiləri bəyan edirlər: indi əsas fərq ondan ibarətdir ki, onlar təzyiqi (Rusiyaya qarşı-red.) müttəfiqlərlə koordinasiya etmək üçün daha səylə çalışacaqlar. Söhbət eks-prezident Donald Trampın son dörd il ərzində məhəl qoymadığı müttəfiqlərdən gedir", – deyə qəzet məqaləsində vurğulanır.

Qeyd olunur ki, Bayden sanksiyaların əvəzinə, xüsusən də, Rusiya məsələsində bəzi başqa yeni imkanları nəzərdən keçirə bilər.

Xatırladaq ki, bundan əvvəl bir qrup ABŞ senatorunun Aleksey Navalnı işi ilə bağlı Rusiya Federasiyasına qarşı sanksiyaların tətbiq edilməsi barədə qanun layihəsini Konqresə təqdim etdiyi bildirilmişdi. Layihə ABŞ rəhbərliyi tərəfindən Rusiyanın bioloji silah istifadəsinə dair beynəlxalq normaları pozub-pozmadığının müəyyənləşdirilməsini nəzərdə tutur. Eləcə də, siyasətçi Boris Nemtsovun öldürülməsi ilə bağlı qərarın qəbul edilməsi də təklif olunur. Administrasiya bəzi məmurların beynəlxalq hüquq normalarını pozduğuna qərar verərsə, qanun layihəsi onlara qarşı sanksiyaların tətbiqini nəzərdə tutur.

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyi Navalnı ilə bağlı vəziyyəti şərh edərək xarici siyasətçilərə beynəlxalq hüquqa hörmət etmələrini və öz ölkələrinin problemləri ilə məşğul olmalarını tövsiyə edib. Xarici işlər naziri Sergey Lavrov bildirib ki, Qərb siyasətçilərinin bu mövzudakı açıqlamaları eynilə bir-birinə bənzəyir. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə qeyd edib ki, Kreml Navalnı ilə bağlı xaricdə səsləndirilən bəyanatları dinləmək niyyətində deyil.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə Qərb diplomatlarının və xarici işlər nazirlərinin Navalnının məhkəməsi ilə əlaqədar davranışlarını "səhnələşdirilmiş siyasi tədbirlər zənciri" adlandırıb.

Xəbər lenti
0