Yerevan yenə çalxalanır

© Sputnik / Mediabanka keçidМитинг оппозиции в Ереване
Митинг оппозиции в Ереване - Sputnik Azərbaycan, 1920, 03.02.2021
Abunə olmaq
Yerevanda yeni etiraz dalğası başladı: Paşinyanın əleyhinə olanlar parlamentin məhkəmə hakimlərinin sayını artırmasını istəmirlər.

BAKI, 3 fevral — Sputnik. Ermənistanın baş naziri Nikol Paşinyanın hakimiyyətdən getməsinə çalışan təxminən 20 siyasi paprtiyanı birləşdirən müxalif "Vətəni xilasetmə hərəkatı" parlament binası qarşısında etiraz aksiyası keçirir.

Sputnik Azərbaycan-ın məlumatına görə, onlar qanunverici orqanın növbədənkənar iclasına etiraz edirlər. Qıcıqlandıran əsas məsələ erməni millət vəkillərinin digər qanunlarla yanaşı, məhkəmə məcəlləsinə dəyişiklikləri müzakirə etməsidir.

Yeni dəyişikliklər həbs qətimkan tədbiri də daxil olmaqla yalnız məhkəməyədək icraata nəzarətlə əlaqədar işlərə baxacaq hakimlər institutunun tətbiq edilməsini nəzərdə tutur. Yeni hakimlər əməliyyat-axtarış fəaliyyətinin aparılması üçün icazə müraciətlərinə də baxacaqlar.

Bu dəyişikliklərlə əlaqədar hökumət birinci instansiya məhkəmə hakimlərinin sayını 17-yə çatdırmaq istəyir, bunlardan 8-nin Yerevanda olması nəzərdə tutulur. Apellyasiya məhkəməsinin isə üç ştat vahidi həcmində artırılması planlaşdırılır.

Bundan öncə Ermənistanın sabiq ədliyyə naziri Armine Hovannisyan sözügedən qanun layihəsini "siyasi, antikonstitusional, hüquqa zidd və amoral" adlandırmışdı. O hesab edir ki, "hakimiyyətin sifarişlərini yerinə yetirmək üçün yeni yaradılmış vəzifələrə hökumətyönlü hakimlər seçiləcəklər.

Xəbər lenti
0