Yerevanda gizli görüş olacaq: Paşinyanı devirmək planı işə düşdü

© Sputnik Stringer / Mediabanka keçidЭкс-президент Армении Серж Саргсян во время пресс-конференции, фото из архива
Экс-президент Армении Серж Саргсян во время пресс-конференции, фото из архива - Sputnik Azərbaycan, 1920, 02.02.2021
Abunə olmaq
Görüşdə "Vətəni Müdafiə Hərəkatı"nın hansı yolla gedəcəyi, həmçinin müxalifətin keçirilməsi mümkün olan növbədənkənar seçkilərdə iştirak edib-etməyəcəyi müzakirə olunacaq.

BAKI, 2 fevral — Sputnik. Ermənistanın üçüncü prezidenti Serj Sarqsyan koronavirusdan sağalıb və müxalifət liderlərinin önəmli görüşündə iştirak edəcək. Sputnik Ermənistan xəbər verir ki, bu barədə "Johovurd" (Xalq) nəşri məlumat yayıb.

Nəşr qeyd edir ki, gizli keçirilməsi planlaşdırılan görüş ötən həftə baş tutmalı imiş, lakin Serj Sarqsyanın koronavirusa yoluxması ilə bağlı görüş təxirə salınmışdı. Lakin ötən gün yayılan məlumatda artıq onun sağaldığı bildirilib.

Qeyd olunur ki, görüş zamanı müxalif liderlər "Vətəni Müdafiə Hərəkatı"nın hansı yolla gedəcəyinə, həmçinin müxalifətin, keçirilməsi mümkün olan növbədənkənar seçkilərdə iştirak edib-etməyəcəyinə dair fikir mübadiləsi aparacaq.

"Bizdə olan məlumata görə, Serj Sarqsyan seçkiləri boykot etmək niyyətindədir, lakin digər güclər onunla razı deyil", - deyə nəşr yazır.

Bundan əlavə, müxalif güclər fevralın 18-də hazırki baş nazir Nikol Paşinyanın istefaya göndərilməsilə bağlı keçirilməsi planlaşdırılan böyük mitinqə necə qatılacaqlarını da müzakirə edəcəklər.

Qeyd edək ki, ötən gün "Facebook"da Ermənistanın Vatikandakı sabiq səfiri, ölkənin üçüncü prezidenti Serj Sarqsyanın kürəkəni Mikael Minasyan yazıb ki, Ermənistanın Baş naziri Nikol Paşinyan və müdafiə naziri Vaqarşak Arutyunyan "Qarabağın müdafiə ordusunun" ləğv olunması barədə razılığa gəliblər.

"Sabah yenidən "təəccüblənməyəsiz" deyə deyirəm - Nikolla Vaqarşak Arutyunyan razılaşdılar, "Qarabağın müdafiə ordusu" yaxın vaxtlarda ləğv olunacaq", - Minasyan yazıb.

Onun sözlərinə görə, əvəzində Qarabağ milisi, qvardiya və ya polisin daxili qoşunlarının olacağının heç bir əhəmiyyəti yoxdur. Çünki onun fikrincə, "Qarabağın yerdə qalan hissəsinin" öz təhlükəsizliyini müstəqil surətdə qorumaq imkanı olmayacaq.

"Qarabağ ordusu daha olmayacaq və bunun yeganə təqsirkarı Nikol Paşinyandır, o, öz missiyasını sonadək çatdırır", - Minasyan qeyd edib.

Erməni mənbələri Minasyanın bu açıqlamalarının havadan qaynaqlanmadığı, Sarqsyanın hakimiyyət revanşı yolunda aparılan təbliğatın bir hissəsi olduğu qənaətindədir. 

Qeyd edək ki, keçmiş səfir və sabiq prezident Sarqsyanın kürəkəni vəzifə səlahiyyətlərinin aşılması, qeyri-qanuni varlanma, pulların yuyulması, gəlirləri barədə yalan məlumat vermək ittihamları ilə axtarışdadır.

 

Xəbər lenti
0