17:02 13 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0220
  • EUR2.0215
DÜNYA
Qısa URL
17 0 0

Tom Mur COVID-19-la mübarizədə yardım məqsədilə Britaniya Milli Səhiyyə Xidməti üçün ianə toplaması ilə məşhurlaşmışdı

BAKI, 31 yanvar - Sputnik. İkinci Dünya müharibəsinin veteranı, koronavirusla mübarizə aparan həkimlər üçün 45 milyon dollar toplayan Tom Mur COVID-19 diaqnozu ilə xəstəxanaya aparılıb. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə onun qızı Murun Twitter-dəki səhifəsində yazıb.

​"Atam xəstəxanaya aparıldı. Son bir neçə həftə ərzində pnevmoniyadan müalicə alırdı. Ötən həftə isə COVID-19 analizinin cavabı müsbət çıxdı", - qız yazıb.

O qeyd edib ki, Murun nəfəs darlığı olduğundan xəstəxanaya yatırılıb. O, hazırda reanimasiyadadır. 

​Tom Mur COVID-19-la mübarizədə yardım məqsədilə Britaniya Milli Səhiyyə Xidməti üçün ianə toplaması ilə məşhurlaşmışdı. Böyük Britaniya kraliçası II Elizabet Muru cəngavər tituluna layiq görüb.

 

Əsas mövzular