16:32 26 Fevral 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0229
  • EUR2.0661
DÜNYA
Qısa URL
Yeni tip koronavirus pandemiyası (622)
8 0 0

"Əminəm ki, bizim imkanlarımız hesabına böyük həcmdə vaksin partiyalarını almağa, saxlamağa və 48 saat ərzində dünyanın istənilən nöqtəsinə çatdırmağa nail olacağıq" - alyansa üzv şirkətin rəsmisi

BAKI, 31 yanvar - Sputnik. Dumay Əmirliyi COVAX proqramı çərçivəsində inkişaf etməkdə olan ölkələrə iki milyard doza koronavirus əleyhinə vaksinin çatdırılması üçün logistika alyansı yaradır. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə hökumətin yaydığı press-relizdə deyilir. 

"Ölkənin baş naziri, vitse-prezidenti, Dubay hakimi Muhəmməd ben Rəşid Əl-Məktumun göstərişi ilə ÜST-ün 2021-ci ildə COVAX proqramı üzrə COVID-19 əleyhinə vaksinin ədalətli paylanmasına yönəlmiş cəhdlərini dəstəkləmək məqsədilə Dubay əmirliyi yeni dünyəvi təşəbbüsə başlayır. Vaksinin daşınması, saxlanması və dünya üzrə operativ paylanması üçün Emirates aviaşirkəti, Dubai Ports World liman operatoru, Dubay hava limanları və Dubayın beynəlxalq humanitar şəhərciyi bu təşəbbüsə qoşulacaq", - məlumatda deyilir.

Bildirilir ki, xüsusi diqqət əhalisi pandemiyadan daha çox əziyyət çəkən və tibbi preparatların daşınması və paylanmasında çətinlikləri olan inkişaf etməkdə olan ölkələrə ayrılacaq. 

Emirates hava yollarının icraçı direktoru Əhməd ben Səid Əl-Məktumun sözlərinə görə, alyansın hər bir iştirakçısı müəyyən logistika imkanlarına malikdir ki, bu da Dubayın inkişaf etmiş infrastrukturu ilə birlikdə vaksinin paylanması probleminin kompleks həllinə bir hab kimi şərait yaradacaq. 

"Əminəm ki, bizim imkanlarımız hesabına böyük həcmdə vaksin partiyalarını almağa, saxlamağa və 48 saat ərzində dünyanın istənilən nöqtəsinə çatdırmağa nail olacağıq". 

Mövzu:
Yeni tip koronavirus pandemiyası (622)
Teqlər:
Alyans, vaksin, Koronavirus, epidemiya, COVID-19, Dubay

Əsas mövzular