SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Zərif: "İranla Türkiyə arasında işbirliyi..."

© © Turkish Foreign Ministry /Handout via REUTERS Министр иностранных дел Турции Мевлут Чавушоглу встречается со своим иранским коллегой Джавадом Зарифом в Стамбуле, Турция, 29 января 2021 года
Министр иностранных дел Турции Мевлут Чавушоглу встречается со своим иранским коллегой Джавадом Зарифом в Стамбуле, Турция, 29 января 2021 года - Sputnik Azərbaycan
Abunə olmaq
"İranla Türkiyənin Qafqaz mövzusunda işbirliyi tamamilə bölgə ölkələrinin xeyrinə olacaq. Münasibətlərimiz hər zaman davam edəcək".

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 29 yanvar — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı İranda gözləyirik. İnşallah səfərin tarixi yaxın vaxtlarda dəqiqləşəcək. Sputnik Azərbaycan xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə İstanbulda keçirdiyi görüşün yekunlarına dair mətbuat konfransında bildirib.

"İranla Türkiyənin Qafqaz mövzusunda işbirliyi tamamilə bölgə ölkələrinin xeyrinə olacaq. Münasibətlərimiz hər zaman davam edəcək. İranla Türkiyə arasında işbirliyi hər zaman genişdir", - deyə Zərif qeyd edib.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılıq əldə olunub.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

Xəbər lenti
0