19:55 11 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0221
  • EUR2.0237
DÜNYA
Qısa URL
8 0 0

Antoniu Quterreş pandemiyanın insanlar və ölkələr arasındakı bərabərsizlik, "iqlim və biomüxtəliflik böhranları" nın qeyri-sabitliyi kimi qlobal problemləri daha da qabartdığını vurğulayıb.

BAKI, 26 yanvar — Sputnik. BMT-nin Baş katibi Antoniu Quterreş bəyan edib ki, koronavirus pandemiyası səbəbindən dünya son 100 ilin ən ağır iqtisadı böhranını yaşayır. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, onun açıqlaması qurumun rəsmi saytında yer alıb. Quterreş bildirib ki, hazırda dünyadakı iqtisadı vəziyyəti yalnız bir sözlə ifadə etmək olar: "kövrəklik".

"Pandemiyadan iki milyondan çox insan həlak olub və biz son 100 ilin ən ağır iqtisadi böhranını yaşayırıq", – deyə Quterreş bəyan edib.

Diplomat pandemiyanın insanlar və ölkələr arasındakı bərabərsizlik, "iqlim və biomüxtəliflik böhranları" nın qeyri-sabitliyi kimi qlobal problemləri daha da qabartdığını vurğulayıb. Onun sözlərinə görə, "təbiətlə müharibə aparmaq" onun bizə "cavab zərbə endirməsinə" gətirib çıxarır.

BMT-nin Baş katibi dünyanı dialoqa və əməkdaşlığa çağırıb. "Hökumətlər, beynəlxalq təşkilatlar, özəl sektor və vətəndaş cəmiyyəti birlikdə çalışmalıdır", – deyə o bildirib.

Quterraş onu da bildirib ki, 2021-ci ildə dünyanın pandemiyadan sonrakı bərpa dövründən "kövrəklikdən dayanıqlığa keçmək" üçün istifadə etmək fürsəti var.

Əsas mövzular