Plastik tullantılardan insanları gözəlləşdirmək üçün istifadə edəcəklər

© AFP 2023 / JOHANNES EISELEПластиковые бутылки на территории завода по переработке пластика в Германии
Пластиковые бутылки на территории завода по переработке пластика в Германии - Sputnik Azərbaycan
Abunə olmaq
Elm adamları yüksək temperaturda və təzyiqdə sabit qaldığı, enerji çevrilməsi üçün əla bir material olduğu üçün perovskiti (kalsium titanat) seçiblər.

BAKI, 25 yanvar — Sputnik. Şimal-Qərb Universitetinin, Argonne Milli Laboratoriyasının və Eymes Laboratoriyasının alimləri plastik tullantıların təkrar emalı üçün yeni bir üsul icad ediblər.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, onun köməyi ilə zibil motor yağları, sürtkü yağları, yuyucu vasitələr və hətta kosmetika istehsalı üçün uyğun bir maye halında olan maddəyə çevrilə bilər.

Məlumdur ki, dünyada hər il 380 milyon ton plastik istehsal olunur. Mütəxəssislərin fikrincə, 2050-ci ilə qədər bu rəqəm dörd dəfə arta bilər. Məhsulların 75% -dən çoxu birdəfəlik istifadədən sonra atılır və ətrafa, o cümlədən çaylara, dənizlərə və okeanlara daxil olur.

Plastik tullantıları emalının müasir üsulları problemi həll edə bilməz. Birdəfəlik məhsullar əriyib emal edilə bilər. Amma nəticədə aşağı keyfiyyətli material alınır.

Yeni araşdırmanın müəllifləri məsələyə fərqli yanaşıblar.

Elm adamları yüksək temperaturda və təzyiqdə sabit qaldığı, enerji çevrilməsi üçün əla bir material olduğu üçün perovskiti (kalsium titanat) seçiblər.

Müəyyən şərtlərdə katalizator plastikin karbon-karbon bağını parçalayır və maye karbohidrogenlər əldə edilir. Belə bir maye müxtəlif texniki və ya kosmetik məhsulların istehsalı üçün uyğundur.

Xəbər lenti
0