Sabah İstanbulda mühüm danışıqlar olacaq

© pixabay / vedatzorluerİstanbul şəhəri
İstanbul şəhəri - Sputnik Azərbaycan
Abunə olmaq
İki ölkənin xarici işlər nazirləri arasında keçirilən görüşlərdə tədqiqatlarla bağlı müzakirələri 61-ci turunun yanvarın 25-də İstanbulda keçirilməsinə dair razılıq əldə edilib.

BAKI, 24 yanvar - Sputnik. Beş il aradan sonra Türkiyə ilə Yunanıstan arasında tədqiqatlarla bağlı danışıqların 61-ci turu yanvarın 25-də İstanbulda keçiriləcək.

Sputnik Azərbaycan xəbər verir ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu yanvarın 11-də Yunanıstan tərəfini tədqiqatlarla bağlı danışıqlara dəvət edərək ölkəsinin dialoq, əməkdaşlıq və məsələnin həllinə tərəf olduğunu bir daha bildirmişdi. Türkiyənin müzakirələrə ev sahibliyi edəcəyini vurğulayan nazirin heyətlərin müzakirə tarixi ilə bağlı çağırışına qarşı tərəfdən qısa vaxt ərzində cavab gəlib.

İki ölkənin xarici işlər nazirləri arasında keçirilən görüşlərdə tədqiqatlarla bağlı müzakirələri 61-ci turunun yanvarın 25-də İstanbulda keçirilməsinə dair razılıq əldə edilib.

Rəsmi Afina ilə Ankara arasında keçiriləcək danışıqların Türkiyə-Avropa İttifaqı (Aİ) əlaqələrinə müsbət təsir göstərəcəyi gözlənilir. Belə ki, görüşlərin keçirilməsi ilə bağlı təşəbbüs Aİ ölkələri tərəfindən məmnuniyyətlə qarşılanıb.

Qeyd edək ki, Egey dənizində aparılan araşdırmalarla bağlı hər iki tərəfin qəbul edə biləcəyi “Ədalətli, davamlı və əhatəli” həll yolu hazırlamaq istiqamətində aparılan danışıqlar 2002-ci il martın 12-də Ankarada başlayıb. Danışıqların 60-cı turu 5 il əvvəl - 2016-cı il martın 1-də Afinada keçirilib. Həmin tarixdən sonra o dövrün yunan hökuməti tərəfindən dayandırılan danışıqlar siyasi məsləhətləşmələr formatında davam etdirilsə də, tərəflər araşdırma mərhələsinə qayıtmayıblar.

Xəbər lenti
0