17:58 05 Mart 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0228
  • EUR2.0327
DÜNYA
Qısa URL
26 0 0

Bu gün 78 yaşlı demokrat Cozef Bayden and içərək ABŞ-ın 46-cı prezidenti olub. Yeni dövlət başçısı nitqini yarımçıq kəsərək toplaşanlardan bir dəqiqəlik sükut istəyib

BAKI, 20 yanvar - Sputnik. ABŞ Prezidenti Co Bayden inauqurasiya mərasiminindəki çıxışını dayandıraraq 1 dəqiqəlik sükut istəyib.

"Vəzifədə ilk işim - xahiş edirəm, gəlin son bir ildə pandemiya səbəbindən itirdiyimiz insanların xatirəsini bir dəqiqəlik sükutla yad edək. Bütün o 400 min amerikalını - anaları, ataları, ərləri, arvadları, qızları, oğulları, dostları, qonşuları, həmkarları dua ilə xatırlayaq", - Bayden deyib.

Bir dəqiqəlik sükutdan sonra isə Bayden çıxışına davam edib.

Qeyd edək ki, bu gün 78 yaşlı demokrat Bayden and içərək ABŞ-ın 46-cı prezidenti olub. O, 2020-ci il noyabrın 3-də keçirilən seçkilərdə ikinci dəfə namizədliyini vermiş Donald Trampa qalib gəlib. Tramp Baydenin andiçmə mərasimində iştirak etməyib və Ağ Evi tərk edərək Floridaya uçub.

 

Əsas mövzular