01:12 04 Mart 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0547
DÜNYA
Qısa URL
15 0 0

Hadisə yerinə gələn şəhər meri Xose Luis Martines Almeyda kilsənin yaxınlığında yerləşən hündürmərtəbəli binada qaz sızmasından partlayış olduğunu təsdiq edib

BAKI, 20 yanvar - Sputnik. İspaniya paytaxtında bu gün axşam saatlarında baş verən güclü partlayış nəticəsində iki nəfər ölüb, xeyli yaralı var. 

​Sputnik Azərbaycan TeleMadrid telekanalına istinadən bildirir ki, partlayış Madridin Toledo küçəsində olub. Hadisə yerinə gələn şəhər meri Xose Luis Martines Almeyda kilsənin yaxınlığında yerləşən hündürmərtəbəli binada qaz sızmasından partlayış olduğunu təsdiq edib.

​Binanın üst mərtəbələri dağılıb, qalan hissəsinin də uçmaq təhlükəsi var. Partlayışın səsi bir neçə kilometr aralıdan eşidilib. Əraziyə yanğınsöndürənlər, xilasedicilər və həkimlər gəliblər. Yaralılara yardım göstərilməsi üçün partlayış olan binadan bir qədər aralı səhra hospitalı qurulub. Bir neçə xəsarət alan şəxs xəstəxanalara çatdırılıb. Əhalini polis təxliyə edir.

 

 

 

Əsas mövzular