02:14 27 Fevral 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0229
  • EUR2.0661
DÜNYA
Qısa URL
13 0 0

ABŞ-da prezidentə əfv olunmaq üçün müraciət edilməsi nəzərdə tutulmayıb. Lakin prezidentlərin çoxu səlahiyyətindən istifadə edir. Trampın əfv etdikləri arasında maraqlı şəxslərin adı var

BAKI, 20 yanvar — Sputnik. Donald Tramp prezidentliyinin sonuncu günündə 73 nəfəri əfv edib. "RİA Novosti" xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb. Məlumatda ABŞ-ın 45-ci prezidentinin hakimiyyətinin son günündə daha 70 nəfərin cəzasını yüngülləşdirdiyi qeyd olunur.

Əfv olunanlar arasında Amerika liderinin keçmiş məsləhətçisi Stiven Bennon, Respublikaçılar partiyasının siyasi müşaviri Pol Erikson, eləcə də reperler Lil Wayne və Kodak Black də var.

ABŞ-da prezidentə əfv olunmaq üçün müraciət edilməsi nəzərdə tutulmayıb. Lakin prezidentlərin çoxu səlahiyyətindən istifadə edərək siyasi tərəfdarları da daxil olmaqla bir sıra şəxsləri cəzasının qalan hissəsini çəkməkdən azad edirlər.

Teqlər:
məhbus, əfv, Donald Tramp

Əsas mövzular