Ermənistanda koronavirusdan ölənlərin sayı üç mini keçdi

© AFP 2023 / TARSO SARRAFПациент с COVİD-19, фото из архива
Пациент с COVİD-19, фото из архива  - Sputnik Azərbaycan
Abunə olmaq
Ermənistanda xəstəlikdən sağalanların sayı 152 320 nəfər olub. Hazırda bu ölkədə 7 671 nəfər xəstəxanada müalicə alır

BAKI, 19 yanvar — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 164 912-yə çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, bir gündə bu virusa yoluxanların sayı daha 236 nəfər artıb.

Ermənistanda son gündə daha 9 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 3007-yə çatıb. Xəstəlikdən sağalanların sayı 152 320 nəfər olub. Hazırda bu ölkədə 7 671 nəfər xəstəxanada müalicə alır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 95.5 milyonu keçib, 1,04 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0