Atatürkün hədiyyə etdiyi cib dəsmalı satışa çıxarıldı

© AFP 2023 / OZAN KOSEMustafa Kemal Atatürk / Laiklik
Mustafa Kemal Atatürk / Laiklik - Sputnik Azərbaycan
Abunə olmaq
"Evlərimi, qiymətli əşyalarımı satmışam. Amma borcumu ödəməyə çatmır. Son çarəm bu dəsmalı satmaqdır. Atalarımın yadigarıdır. Satmaq çətindir. Amma məcburam. Ümid edirəm ki, məni anlayan və qiymətli yadigara sahib çıxan tapılacaq"

BAKI, 19 yanvar — Sputnik. Türkiyənin Qaziantep şəhərində yaşayan Ali Akif Boztoprak 88 il əvvəl böyük Mustafa Kamal Atatürkün atasına hədiyyə etdiyi əl işi olan naxışlı cib dəsmalını satışa çıxarıb.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ali Akif Boztoprakın atası Qaziantepin məşhur paxlava ustalarından biri olub. 1933-cü ildə Qazi Mustafa Kamal Atatürk Qaziantep şəhərində olarkən onun şərəfinə ziyafət verilib. Yemək süfrəsində Ali Boztoprakın hazırladığı paxlavanı dadan Atatürk onu çox bəyənib və şirniyyatı hazırlayan ustanı görmək istədiyini deyib.

Ali Boztopraka təşəkkür edən Mustafa Kamal Atatürk cibindən çıxardığı naxışlı dəsmalı paxlava ustasına hədiyyə edib.

88 ildir əziz xatirə kimi saxlanılan Atatürk yadigarını, Ali Boztoprakın oğlu Ali Akif Boztoprak maddi çətinliklər ucbatından satışa çıxarıb. 2000-ci ildə atasının vəfat etdiyini deyən Ali Akif Boztoprak son zamanlar borc içində qaldığını və böyük Atatürkün yadigarı və həmçinin də atasından ona miras qalan tək qiymətli hədiyyəni satmaq məcburiyyətində olduğunu bəyan edib.

"Bu dəsmalı uşaqlıqdan bəri görürdüm. Anam dəsmalı sandıqda saxlayar, hər dəfə çıxarıb baxar, amma bizim əl vurmağımıza icazə verməzdi. 88 ildir bu dəsmal yuyulmayıb və ütülənməyib. Atatürkün əl izləri hələ də dəsmalın üzərində qalıb. Valideynlərimin vəfatından sonra Atatürkün yagigarına mən sahib çıxdım. Amma son illər maddi olaraq ağır günlər yaşayıram. Bir nəfərə inanıb, zamin oldum və həmin adama görə borca düşdüm.

Evlərimi, qiymətli əşyalarımı satmışam. Amma borcumu ödəməyə çatmır. Son çarəm bu dəsmalı satmaqdır. Atalarımın yadigarıdır. Satmaq çətindir. Amma məcburam. Ümid edirəm ki, məni anlayan və qiymətli yadigara sahib çıxan tapılacaq", - deyən A.A.Boztoprak Mustafa Kamal Atatürkün hədiyyəsinin kimə qismət olacağını düşünür.

Xəbər lenti
0