10:08 07 Mart 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0228
  • EUR2.0327
DÜNYA
Qısa URL
18 0 0

Cənubi Koreya prokurorları Lee Jae Younqu 2014-cü ildə konqlomerata nəzarəti ələ keçirmək üçün qeyri-qanuni səhm fırıldaqlarında və korporativ birləşmələrdə ittiham edir.

BAKI, 18 yanvar — Sputnik. "Samsung Electronics"-in vitse-prezidenti və "Samsung Group"-un əsas varisi Li Çje Yen rüşvət verdiyinə görə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Seul Yüksək Məhkəməsi "Samsung"-un varisini məhkəmə salonunda həbs edib.

"Samsung"-un keçmiş sədri Lee Qong He 25 oktyabr 2020-ci ildə Seuldakı "Samsung" hospitalında vəfat edib. Mirasın ötürülməsi bir neçə il çəkə bilər. 2014-cü ildə Lee Qong He infarkt keçirib, bundan sonra şirkətin nəzarəti oğlu və qrupun törəmə şirkəti "Samsung Electronics"-in vitse-prezidenti 52 yaşlı Lee Jae Younqa keçib.

Cənubi Koreya prokurorları Lee Jae Younqu 2014-cü ildə konqlomerata nəzarəti ələ keçirmək üçün qeyri-qanuni səhm fırıldaqlarında və korporativ birləşmələrdə ittiham edir.

Bu müddətdə o, bir sıra "Samsung" törəmə şirkətlərinin birləşməsi üçün dövlət dəstəyi müqabilində keçmiş prezident Park Qeun-Hyenin yaxın dostuna 8,9 milyard von (təqribən 8 milyon dollar) rüşvət verib.

Əsas mövzular