Tehran Vaşinqtona nota verdi

© AP Photo / Ebrahim NorooziВид на Тегеран, фото из архива
Вид на Тегеран, фото из архива  - Sputnik Azərbaycan
Abunə olmaq
Xətibzadə konkret misal çəkməsə də, ABŞ-ın iranlı diplomatları və onların ailə üzvlərini beynəlxalq təşkilatlarda, eləcə də Amerika ərazisində çoxdan sıxışdırdığını deyib. 

BAKI, 16 yanvar - Sputnik. Tehran "iranlı diplomatlara qarşı fəaliyyətinə" görə ABŞ-ı beynəlxalq məhkəməyə verməklə hədələyib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə İran XİN-in rəsmi nümayəndəsi Səid Xətibzadənin bəyanatlnda deyilir. 

"Əgər ABŞ BMT, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu kimi beynəlxalq təşkilatlardakı iranlı diplomatlara qarşı qanunsuz əməllərini dayandırmasa, İran bu ölkəni Beynəlxalq məhkəməyə verəcək", - məlumatda qeyd olunur.

Notanı ABŞ-a İsveçrənin Tehrandakı səfirliyi vasitəsilə çatdırıblar. Bu diplomatik korpus Vaşinqtonun İrandakı maraqlarını təmsil edir. 

Xətibzadə konkret misal çəkməsə də, ABŞ-ın iranlı diplomatları və onların ailə üzvlərini beynəlxalq təşkilatlarda, eləcə də Amerika ərazisində çoxdan sıxışdırdığını deyib.

Xəbər lenti
0