23:11 16 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
DÜNYA
Qısa URL
17 0 0

Xəstəlik hələ də ağır mərhələdədir. Prezidentdə bu vəziyyətə dair tipik simptomlar – yüksək temperatur və ikitərəfli pnevmoniya var

BAKI, 13 yanvar — Sputnik. Koronavirusa yoluxan Ermənistan Prezidenti Armen Sarkisyan təcili xəstəxanaya aparılıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistan Prezidentinin İctimaiyyətlə əlaqələr üzrə şöbəsi məlumat yayıb.

"Xəstəlik hələ də ağır mərhələdədir. Prezidentdə bu vəziyyətə dair tipik simptomlar – yüksək temperatur və ikitərəfli pnevmoniya var", - deyə məlumatda bildirilir.

Qeyd edək ki, yanvarın 5-i Ermənistan prezidenti Armen Sarkisyana COVID-19 diaqnozu qoyulub.

Erməni mətbuatı isə A.Sarkisyanın Yeni ili öz məzuniyyəti çərçivəsində Böyük Britaniyada keçirdiyini yazır. Bildirilir ki, o, Londonda ayağından əməliyyat olunub. Əməliyyat uğurlu keçsə də, onda koronavirus əlamətləri müşahidə olunub və testi müsbət nəticə verib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 91,5 milyonu keçib, 1,96 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Teqlər:
xəstəxana, prezident, Ermənistan

Əsas mövzular