İlon Mask artıq dünyanın ən varlı adamı deyil

© AP Photo / Patrick PleulИлон Маск, фото из архива
Илон Маск, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Forbes Real-Time"-ın məlumatlarına görə, Maskın sərvəti bir gündə 13,5 milyard doillar azalaraq 176,2 milyard dollar təşkil edib, "Amazon"un qurucusu Bezosun kapitalı isə 182,1 milyard manat həcmində hesablanıb.

BAKI, 12 yanvar — Sputnik. "SpaceX" və "Tesla" şirkətlərinin rəhbəri İlon Mask artıq dünyanın ən varlı adamı deyil. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, "Forbes" jurnalının açıqladığı növbəti reytinq cədvəlində o, liderliyini "Amazon" şirkətinin rəhbəri Ceff Bezosa verib. Bununla belə, İ. Mask hələ də Bloomberg Billionaires Index (BBI) retinqində birincidir.

"Forbes Real-Time"-ın məlumatlarına görə, Maskın sərvəti bir gündə 13,5 milyard doillar azalaraq 176,2 milyard dollar təşkil edib. C. Bezosun kapitalı isə 182,1 milyard manat həcmində hesablanıb.

Qeyd edək ki, bir gün əvvəl ABŞ-ın əsas səhm indekslərinin dəyəri düşüb və "Tesla"-nın səhmləri dərhal 7,8 fazi azalaraq 811,19 dollara qədər enib.

"Forbes"in siyahısında üçüncü yeri isə "Louis Vuitton"-nun prezidenti Hennessy Bernar Arno tutub. Onun qazancı 154 milyon dolları ötüb. Dördüncü yerdə "Microsoft"-un qurucusu  Bill Qeyts (121,4 milyard dollar), beşinci yerdə isə Mark Zukerberq (94 milyard dollar) qərar tutub.

Xəbər lenti
0