23:29 16 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
DÜNYA
Qısa URL
13 0 0

Prezident Rəcəb Tayyib Ərdoğan Aİ ölkələrinin Türkiyədəki səfirlərinə müraciətində deyib ki, "Avropanın miqrant axınına məruz qalmasının qarşısını almaqda göstərdiyimiz fədakarlıq əsla unudulmamalıdır".

BAKI, 12 yanvar - Sputnik. "Brexit"lə başlayan qeyri-müəyyənlik ancaq Türkiyənin Avropa İttifaqı (Aİ) ailəsində yer alması ilə aradan qaldırıla bilər".

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aİ ölkələrinin Türkiyədəki səfirlərinə müraciətində deyib.

"Türkiyə olaraq biz üzərimizə düşəni etdik, ancaq Avropa tərəfindən təkliflərimizə cavab ala bilmədik", - deyə Ərdoğan vurğulayıb.

O qeyd edib ki, Türkiyə yük olan ölkə deyil, yük alan bir ölkədir: "Bunu görəcəksiniz. Xüsusən də Avropanın miqrant axınına məruz qalmasının qarşısını almaqda göstərdiyimiz fədakarlıq əsla unudulmamalıdır. Suriya əsilli 4 milyon nəfəri ölkəmizdə qonaq edirik".

Əsas mövzular