22:50 16 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
DÜNYA
Qısa URL
18 0 0

"100 min kitabın yeri boş qalmır. Bir yandan satılır, oxunur, bir yandan isə yeni kitablar əldə edirik", - 74 yaşlı kitabsevərin qızları deyiblər

BAKI, 12 yanvar — Sputnik. Türkiyənin İzmir şəhərində yaşayan 74 yaşlı Doğan Karabil 46 il qapıçı vəzifəsində çalışıb.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, qapıçısı olduğu binada yaşayan sakinlərin atdığı və küçədən topladığı kitabları 46 il ərzində bir yerə yığan Doğan Karabilin hazırda 100 min kitabı var. Kitabları saxladığı məkanı kitab mağazasına çevirən Doğan Karabilin xeyirxah işini hazırda qızları davam etdirirlər.

Pandemiya müddətində "Yetər ki, oxu - çay bizdən" devizi ilə kampaniya başladan D.Karabilin qızları dükanlarına gənclərin çox gəldiyini söyləyiblər. Dükana gələn gənclər həm kitab oxuyur, həm də ikinci əl kitabları alırlar.

"100 min kitabın yeri boş qalmır. Bir yandan satılır, oxunur, bir yandan isə yeni kitablar əldə edirik", - 74 yaşlı kitabsevərin qızları deyiblər.

Teqlər:
İzmir, Türkiyə, mağaza, küçə, qoca, kitab

Əsas mövzular