Ərdoğan Kılıcdaroğluna qarşı 1 milyon lirəlik məhkəmə iddiası qaldırdı

© AP PhotoПрезидент Турции Реджеп Тайип Эрдоган, фото из архива
Президент Турции Реджеп Тайип Эрдоган, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bundan başqa, Cümhuriyyət Xalq Partiyasının liderinə qarşı Türkiyə Cinayət Məcəlləsinin 299-cu maddəsi ilə Ankara Baş Prokurorluğunda cinayət işi açılıb.

BAKI, 11 yanvar — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin əsas müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıcdaroğluna qarşı 1 milyon lirəlik məhkəmə iddiası qaldırıb. Sputnik Azərbaycan bildirir ki, bu barədə CNNTurk məlumat yayıb.

Ərdoğan Kılıcdaroğlundan ona "dırnaqarası prezident" dediyinə görə 1 milyon lirə mənəvi təzminat tələb edib.

Ərdoğanın vəkili Hüseyn Aydın bu barədə yazılı açıqlama yayaraq bildirib ki, Kılıcdaroğlu yanvarın 10-da Fəaliyyətdə Olan Jurnalistlər Günü münasibtilə etdiyi çıxışında prezident Rəcəb Tayyib Ərdoğana qarşı haqsız və əsassız iddialar və ittihamlar irəli sürüb. Bununla da prezidentin şərəf və ləyaqətini alçaldıb. Bu səbədən də Ankara məhkəməsində Kılıcdaroğluna qarşı iddiası irəli sürülüb.

H.Aydın Kılıçdaroğluna qarşı Türkiyə Cinayət Məcəlləsinin 299-cu maddəsi (Prezidentə qarşı təhqirami hərəkətlər etmək) ilə Ankara Baş Prokurorluğunda cinayət işinin açıldığını da bildirib.

Xəbər lenti
0