Yıldız Tilbe də axına qoşuldu - "WhatsApp" sildiyini bəyan etdi

© AFP 2023 / GABRIEL BOUYSTelefonda Whatsapp tətbiqi
Telefonda Whatsapp tətbiqi - Sputnik Azərbaycan
Abunə olmaq
"Tanıdığım şəxslərdən heç kim "WhatsApp"da qalmayıb. Necə bağlayacağımı bilmirəm. Bu nə zülmdür. Gizli heç nəyim yoxdur. Hər kəs barəmdə hər şeyi bilir. Amma yenə də sildim. "Twitter" də "WhatsApp" kimi olsa üzülərəm, inşallah olmaz "

BAKI, 11 yanvar — Sputnik. WhatsApp-ın "Məxfilik şərti" siyasətindən sonra artıq məşhurlar da bu mesajlaşma proqramını silməyə başlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, tanınmış türkiyəli müğənni Yildız Tilbe "Twitter" hesabında "WhatsApp"ı telefonundan sildiyini açıqlayıb.

"Tanıdığım şəxslərdən heç kim "WhatsApp"da qalmayıb. Necə bağlayacağımı bilmirəm. Bu nə zülmdür. Gizli heç nəyim yoxdur. Hər kəs barəmdə hər şeyi bilir. Amma yenə də sildim. "Twitter" də "WhatsApp" kimi olsa üzülərəm, inşallah olmaz " - deyə sənətçi bildirib.

Qeyd edək ki, "Məxfilik şərti"nə əsasən istifadəçilərin məxfi yazışmaları "Facebook"a ötürülür.

Xəbər lenti
0