13:46 19 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
DÜNYA
Qısa URL
6301

Siyasi vəziyyətin gərginləşməsinə hakim koalisiyaya daxil olan partiyaların bu yaz nikahın sırf qadın və kişi arasında bağlanılmasına dair referendum keçirmək və bunu ölkə Konstitusiyasında təsbit etmək niyyəti səbəb olub

BAKI, 10 yanvar - Sputnik. Estoniya müxalifəti parlamentdə ölkənin Rusiyanın tərkibinə daxil olmasının müzakirəsini təklif etdikdən sonra Xarici işlər naziri Urmas Reynsalu onları dövləti və hökuməti nüfuzdan salmaqda ittiham edib. 

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, müxalif İslahat partiyasının deputatları bu təklifi nikahın sırf kişi və qadın arasında bağlanmasının təsbit edilməsi barədə referendum keçirilməsinə dair qanun layihəsinin müzakirələri zamanı irəli sürüblər. 

Yanvarın 13-də nəzərdə tutulan ikinci oxunuş üçün müxalifət partiyaları qanun layihəsinə 9300 düzəliş təklif ediblər. Bunların əksəriyyətinin layihəyə heç bir dəxli yoxdur, bəziləri isə ekzotik xarakter daşıyır. 

İslahatçılar qeyd etmişdilər ki, mümkün qədər çox düzəliş fikirləşib tapmaq lazımdır ki, parlamentin işi ləngisin və referendum haqda qərar qəbul edilməsin.

"Yeni məlumat fonunda mən əminəm ki, İslahat partiyasının Estoniyanın Rusiyaya birləşdirilməsi təklifi təsadüfi deyildi. Bu təklifin ideyası aydın idi: daxili siyasətdə uğur qazanmaq üçün Estoniya Respublikasını, o cümlədən hökuməti beynəlxalq səviyyədə hörmətdən salmaq", - Reynsalu yazıb.

Nazir islahatçıların bir sıra digər təkliflərini də qeyd edərək, onların eston cəmiyyəti üçün həssas olduğunu vurğulayıb. Bunlar arasında nazir Estoniyanın NATO-dan çıxması, Esnoniyanın SSRİ-nin bərpasına təşəbbüs etməsi, Estoniyanın Rusiyanın nüfuz dairəsinə daxil olması, Estoniyada eston dilində təhsil almağın qadağan olunması barədə referendum təkliflərini önə çəkib. 

Düzəliş təkliflərini Baş nazir Yuri Ratas (Mərkəz partiyası), parlamentin spikeri Xenn Pılluaas (Mühafizəkar xalq partiyası - EKRE), Maliyyə naziri Martin Helme (EKRE-nin sədri) də pisləyiblər.

Siyasi vəziyyətin gərginləşməsinə hakim koalisiyaya daxil olan partiyaların bu yaz nikahın sırf qadın və kişi arasında bağlanılmasına dair referendum keçirmək və bunu ölkə Konstitusiyasında təsbit etmək niyyəti səbəb olub. Referendumun keçirilməsini EKRE təklif edib və koalisiyaya daxil olan partiyalar (Mərkəz və Isamaa (Vətən) tərəfindən dəstəklənib. 

Referendumun əleyhinə isə müxalif İslahat və Sosial-demokrat partiyaları çıxırlar. Onlar hesab edirlər ki, Konstitusiyada nikahın yalnız qadın və kişi arasında bağlanmasının təsbit olunması cəmiyyəti bölür və seksual azlıqların hüququnu pozur.

Teqlər:
Rusiya, seksual azlıq, qadın, kişi, nikah, müzakirə, referendum, parlament, Estoniya

Əsas mövzular