Qəzaya uğrayan İndoneziya təyyarəsinin qalıqları tapıldı

Abunə olmaq
Airlive portalının məlumatına görə, təyyarənin göyərtəsində 62 nəfər olub. Bunlarda 46-sı böyük, 10-u uşaq, o cümlədən 3-ü körpə, ikisi pilot, dördü isə stüard olub. Digər məlumatlara görə, göyərtədə 65 nəfər olub.

BAKI, 10 yanvar - Sputnik. Yava dənizində İndoneziyaya məxsus Boeing 737-500 təyyarəsinin qəzaya uğradığı yeri aşkarlayıblar. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə Associated Press İndoneziya Silahlı Qüvvələrinin rəhbərinə istinadən məlumat yayıb.

Dalğıclar bildiriblər ki, 23 metr dərinlikdə təyyarənin qalıqlarını aşkarlayıblar.

"Dalğıclardan məlumat aldıq ki, suda görüntü məsafəsi yaxşı olduğundan təyyarənin bir neçə parçasını tapmaq mümkün olub. Əminik ki, təyyarə məhz orada qəzaya uğrayıb", - Hadi Tyadcanto deyib.

​Sriwijaya Air aviaşirkətinə məxsus təyyarə dünən günorta saatlarında qəzaya uğrayıb. Cakartadakı hava limanından qalxan təyyarə bir neçə dəqiqə sonra Laki adasının yaxınlığında duya düşüb. Laki və Lankanq adaları arasında insan bədənlərinin fraqmentləri və metal qırıntıları aşkarlanıb.

Airlive portalının məlumatına görə, təyyarənin göyərtəsində 62 nəfər olub. Bunlarda 46-sı böyük, 10-u uşaq, o cümlədən 3-ü körpə, ikisi pilot, dördü isə stüard olub. Digər məlumatlara görə, göyərtədə 65 nəfər olub.

İndoneziya Axtarış-xilasetmə İdarəsinin məlumatına görə, təyyarə qəzaya uğraması barədə həyəcan siqnalı verməyib. 

Xəbər lenti
0