06:45 24 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
DÜNYA
Qısa URL
2010

"Çinin sosial şəbəkələrində onun harada olması barədə şayiələr çox sürətlə və geniş yayılıb. Çünki onun yoxa çıxması oktyabrın 24-dəki sammitdə qalmaqallı nitqindən sonraya təsadüf edir"

BAKI, 10 yanvar - Sputnik. Çinin ən varlı adamlarından biri, Alibaba-nın yaradıcısı milyarder Cek Manın yox çıxması barədə sosial şəbəkələrdə yayılan şayiələr artıq mətbuat səhifələrinə də yol tapıb. 

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, ötən ilin oktyabrında Çinin maliyyə tənzimlıəyicilərini tənqid etdikdən və texnologiya şirkətlərinə münasibətdə ÇXR-in kursuna qarşı çıxdıqdan sonra milyarder ictimaiyyət arasında görünməyib.

Telegraph, Forbes, Financial Times, eləcə də CNN, Fox, ABC telekanalları "Milyarder yoxa çıxıb", "Cek Ma haradadır?", "Cek Ma itib?" kimi sərlövhəli məqalələrində çinli milyarderin taleyi ilə maraqlanıblar.

ABC telekanalının məlumatına görə, milyarder iki aydır, ortada yoxdur. Onu son dəfə oktyabrın sonunda, Alibaba-nın canlı efirdə yayımlanan tədbirində görüblər. Telekanal qeyd edir ki, Cek Ma özünün Africa's Business Heroes realiti-şousunun möhtəşəm finalında da peyda olmayıb. Baxmayaraq ki, orada Ma əsas hakim olmalı idi, üstəlik, bu hadisəni böyük səbirsizliklə gözlədiyini bildirmişdi. 

"Çinin sosial şəbəkələrində onun harada olması barədə şayiələr çox sürətlə və geniş yayılıb. Çünki onun yoxa çıxması oktyabrın 24-dəki sammitdə qalmaqallı nitqindən sonraya təsadüf edir", - telekanal qeyd edir. 

Dekabrda Çinin Bazarın tənzimlənməsi və nəzarət idarəsi Alibaba şirkəti barədə antiinhisar araşdırmaya başlamışdı.

Bundan öncə Alibaba-ya aid maliyyə-texnoloji Ant Group şirkəti Honkonq və Şanxay fond birjalarında özlərinin səhmlərinin ikiqat ilkin ictimai yerləşdirilməsi (IPO) ilə 34.5 milyard dollar cəlb etmək planlarını açıqlamışdı. Bu, dünya birjalarında ən böyük səhm satışı olacaqdı. Ancaq noyabrın 3-də hər iki birja şirkətin IPO-sunu təxirə saldı. KİV bunu Alibaba-nın yaradıcısı Cek Manın ölkənin maliyyə tənzimləyicilərini tənqid edən çıxışı ilə əlaqələndirdi.

Bundan bir qədər sonra isə Wall Street Journal öz mənbələrinə istinadən yazdı ki, Cek Ma Ant Group-un aktivlərinin bir hissəsini hökumətə verməyi təklif edibmiş. Ancaq nəşrin məlumatına görə, milyarderin təklifi onun ÇXR-in texnologiya şirkətlərinə münasibətinə dair tənqidi çıxışından sonra IPO-nu xilas edə bilməyib. Çin hökumətindəki mənbələr qeyd ediblər ki, Çin sədri Si Cinpin "şəxsən" tənzimləyicilərə Ant ilə bağlı riskləri araşdırmağı və IPO-nu bağlamağı əmr edib.

Alibaba Group - Çinin nəhəng internet şirkətidir, 1999-cu ildən elektron ticarət sahəsində fəaliyyət göstərir. Alibaba Pictures, AliExpress, Taobao, Tmall kimi şirkətlər də qrupa daxildir.

Teqlər:
Alibaba Group, internet, Çin, milyarder

Əsas mövzular