Pakistan qaranlığa qərq oldu

© AFP 2023 / NICOLAS ASFOURILampa, arxiv şəkli
Lampa, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
​Baş nazirin köməkçisi Şahbaz Gil bildirib ki, energetika naziri və bütün komandası qəzanın səbəblərini araşdırmaqla məşğuldur. 

BAKI, 10 yanvar - Sputnik. Pakistanın bir çox şəhərində elektrik enerjisi kəsilib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Dawn nəşri məlumat yayıb.

Gecəyarısından bir az əvvəl Kəraçi, İslamabad, Lahor, Multan və Kasur şəhərləri işıqsız qalıb. Bildirilir ki, ölkənin digər şəhərlərində də analoji problem yaşanır. 

​Baş nazirin köməkçisi Şahbaz Gil bildirib ki, energetika naziri və bütün komandası qəzanın səbəblərini araşdırmaqla məşğuldur. 

SAMAA telekanalının məlumatına görə, Pakistanda elektrik enerjisinin kəsilməsinə səbəb paylanma sistemindəki xətadır. 

Xəbər lenti
0