14:56 17 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
DÜNYA
Qısa URL
3910

Çanslini Kapitolidə ictimai asayişin pozulmasında, zorakı müdaxilədə, qapalı məkana qəsdən daxil olma və qeyri-qanuni olaraq orada qalmaqda ittiham edirlər

BAKI, 9 yanvar - Sputnik. Yanvarın 6-da Kapitoliyə vikinq qiyafəsində hücum edən Arizona sakini Ceykob Entoni Çanslini saxlayaraq ona qarşı ittiham irəli sürüblər. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə FOX5 məlumat yayıb.

Bildirilir ki, Çansli paytaxtın Kolumbiya dairəsinin məhkəməsinə çıxarılıb. Onu Kapitolidə ictimai asayişin pozulmasında, zorakı müdaxilədə, qapalı məkana qəsdən daxil olma və qeyri-qanuni olaraq orada qalmaqda ittiham edirlər.

​​"KİV-in Konqresdən yaydığı şəkillərdə buynuzları olan ayı dərisindən papaq geymiş, üzü qırmızı-ağ-göy boya ilə rənglənmiş, çılpaq bədənli adamın Çansli olduğu təsbit edilib. Həmin adam əlində Amerika bayrağı sancılmış nizə daşıyırdı", - Ədliyyə Nazirliyinin yaydığı məlumatda deyilir.

Yanvarın 6-da ABŞ-ın fəaliyyətdə olan prezidenti Donald Trampın tərəfdarları sonuncu prezident seçkisinin nəticəsinin təsdiq olunduğu ABŞ Konqresinin binasına hücum ediblər. Qarşıdurmada 5 nəfər ölüb. Son məlumatlara görə, hücumda iştirak edən 55 nəfərə cinayət işi açılıb.

Əsas mövzular