Ərdoğan Avropadan nə istədiklərini dedi

© © Mustafa Oztartan / Presidential Press Office / Handout via REUTERSПрезидент Турции Реджеп Тайип Эрдоган, фото из архива
Президент Турции Реджеп Тайип Эрдоган, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ərdoğanın sözlərinə görə, Türkiyə yeni ildə AB ilə münasibətlərdə yeni səhifə açmaq istəyir. 2020-ci il AB-yə üzv olan bəzi ölkələrin kaprizi və bu səbəbdən Ankara ilə süni problem yaratmaları ilə əlamətdar olub.

BAKI, 9 yanvar - Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Komissiyasının sədri Ursula fon der Lyayenlə videokonfrans zamanı bildirib ki, ölkəsi öz gələcəyini Avropa Birliyində görür.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Türkiyə liderinin administrasiyasından məlumat verilib.

"Prezident Ərdoğan danışıqlar zamanı bildirib ki, AB Türkiyə gündəmində prioritet yer tutur və öz gələcəyini AB-də görür. Onun sözlərinə görə, Türkiyə və AB arasında münasibətlərdə ilkin mərhələdə miqrasiya razılaşmasının yenilənməsi gündəmi pozitiv istiqamətdə dəyişə bilər. 2021-ci il isə miqrasiya sahəsində yeni effektiv əməkdaşlıq mühiti təklif edir", - məlumatda deyilir.

Президент Турции Реджеп Тайип Эрдоган, фото из архива - Sputnik Azərbaycan
Ərdoğan ABŞ hadisələri barədə: "Biz bu filmə on səkkiz ildə yüz dəfələrlə baxmışıq"

Ərdoğanın sözlərinə görə, Türkiyə yeni ildə AB ilə münasibətlərdə yeni səhifə açmaq istəyir. 2020-ci il AB-yə üzv olan bəzi ölkələrin kaprizi və bu səbəbdən Ankara ilə süni problem yaratmaları ilə əlamətdar olub.

"Ərdoğan vurğulayıb ki, AB ilə Gömrük Şurasını yeniləmək, Türkiyə vətəndaşları üçün vizasız rejimi təmin etmək, Türkiyənin AB-yə üzvlüyü üçün addımlar atmaq, qarşılıqlı etibarı bərpa etmək və Türkiyəyə münasibətdə diskriminasiya və ritorikaya son qoymaq lazımdır", - məlumatda qeyd olunur. 

Türkiyə lideri həmçinin bəyan edib ki, müntəzəm Türkiyə-AB sanmmitlərini bərpa etməyə də ehtiyac var.

Türkiyə 1963-cü ildə AB ilə assosiasiya sazişi imzalayıb, 1987-ci ildə isə birliyə üzv olmaq üçün ərizə verib. Ancaq AB-yə daxil olmaq barədə danışıqlar 2005-ci ildə başlayıb və fikir ayırılıqları səbəbindən dəfələrlə dayandırılıb. Hazırda danışıqlar dosyesindəki 35 maddədən 16-sı razılaşdırılmayıb. 2016-cı ildə Brüssel Türkiyənin miqrantların Avropaya axınını azaltmaqda köməyi qarşılığında danışıqları aktivləşdirib.

Xəbər lenti
0