15:02 17 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
DÜNYA
Qısa URL
15 0 0

Aviaşirkətin məlumatına görə, təyyarənin göyərtəsində heyət və sərnişinlərlə birlikdə 62 nəfər olub. İlkin məlumatlara görə, həm təyyarənin, həm də sərnişinlərin qalıqları aşkarlanıb

BAKI, 9 yanvar - Sputnik. İndoneziyada, Cakartadan havaya qalxan Sriwijaya Air aviaşirkətinin sərnişin təyyarəsi Laki adası yaxınlığında dənizə düşüb.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, İndoneziyanın Hərbi Hava Qüvvələri qəzaya uğramış Boeing 737 təyyarəsinin düşdüyü əraziyə iki vertolyot və bir təyyarə göndərib. Bu barədə Antara agentliyi məlumat yayıb. Məlumata görə, axtarış-xilasetmə əməliyyatını görmə məsafəsinin pis olması çətinləşdirir. 

"Əməkdaşlarımız hadisə yerindədirlər, onlar təyyarənin bir neçə parçasını tapıblar. Bu gün rastlaşdığımız ən böyük maneə - görüntü ilə bağlıdır, çünki gecədir", - xilasetmə qruplarından birinin rəhbəri deyib. 

Çətinliklərə baxmayaraq, xilasetmə işləri davam edir. 

​Antara agentliyi İndoneziyanın Axtarış-xilasetmə İdarəsinin əməliyyat və hazırlıq şöbəsinin rəis müavini Bambanq Surio Adjiyə istinadən bildirir ki, qəzaya uğrayan təyyarə heç bir qəza siqnalı ötürməyib. 

"Biz onun niyə görə belə bir siqnal vermədiyini bilməliyik... Avstraliya da belə bir siqnal almayıb. Ona görə də axtarış-xilasetmə qurumu hələ də radiomayakın niyə qəza siqnalı vermədiyini araşdırmağa çalışır", - Adji deyib.

İndoneziyanın Nəqliyyat naziri Budi Karia Sumadi Sriwijaya Air aviaşirkətinin Boeing 737 təyyarəsinin Cakarta yaxınlığında dənizə düşdüyünü təsdiqləyib. Aviaşirkətin məlumatına görə, təyyarənin göyərtəsində heyət və sərnişinlərlə birlikdə 62 nəfər olub. İlkin məlumatlara görə, həm təyyarənin, həm də sərnişinlərin qalıqları aşkarlanıb.

 

Əsas mövzular