Amerikalı həkim "Pfizer" peyvəndindən sonra ölüb

© AFP 2023 / LOIC VENANCEВакцина от коронавируса, фото из архива
Вакцина от коронавируса, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Florida ştatının Səhiyyə Nazirliyi müfəttişlərin 56 yaşlı həkimin ölüm səbəbini araşdırdığını açıqlayıb.

BAKI, 9 yanvar — Sputnik. ABŞ-ın "Pfizer" şirkəti tərəfindən hazırlanan koronavirus peyvəndi ölümə səbəb olub.

Sputnik Azərbaycan İranın "Fars" xəbər agentliyinə istinadən xəbər verir ki, amerikalı bir həkim "Pfizer" şirkəti tərəfindən hazırlanan koronavirus peyvəndini vurduqdan 3 həftə sonra beyin infarktından həyatını itirib. Onun peyvənd vurana qədər heç bir xəstəliyi olmayıb.

Amerikalı həkim Qreqori Mişel Miamidə yerləşən "Mount Sinai" sağlamlıq mərkəzində işləyirdi.

Florida ştatının Səhiyyə Nazirliyi müfəttişlərin 56 yaşlı həkimin ölüm səbəbini araşdırdığını açıqlayıb.

Qeyd edək ki, həmin xəbərdə ABŞ-ın "Pfizer" şirkəti tərəfindən hazırlanan koronavirus peyvəndinin Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təsdiqləndiyi bildirilib.

Xəbər lenti
0