14:19 19 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
DÜNYA
Qısa URL
20 0 0

Ərdoğan: "Türkiyəni hüquq və azadlıqları məhdudlaşdırmaqda günahlandıranların üzləşdikləri ilk təhdidlərə qarşı tətbiq etdikləri sərt tədbirləri ibrətlə təqib edirik".

BAKI, 9 yanvar - Sputnik. "Biz bu filmi 18 ildir yüzlər dəfə seyr etmişik. Bu çirkli senarinin aktorlarının belə hadisələrə qəyyumluğunu gördük".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yanvarın 6-da ABŞ-da Konqres binasına hücumu şərh edərkən deyib.

"Onların əməllərini Cümhuriyyət mitinqlərində çevriliş çağırışı edərkən gördük. Hamımızın ürəyini dağlayan cinayətlərdən öz məqsədləri üçün istifadə edərkən bunun şahidi olduq. Gezi parkı hadisələrində (2013-cü ilin mayında İstanbuldakı aksiyaları nəzərdə tutur - red) sahibkarların mal-mülkünü dağıdarkən onları gördük", - Türkiyə prezidenti vurğulayıb.

O, Türkiyədə son illər edilən hakimiyyət çevrilişi cəhdlərinə də işarə edib:

"Bizdə onlar 2015-ci il iyulun 15-də çevrilişə cəhd edib, tankların arasından qaçaraq evdə televiziya vasitəsi ilə nəticəni gözləməyə gedərkən gördük. Son illər Avropa və ABŞ-da baş verən bir çox hadisələr ölkəmizə qarşı sərgilənən ikili standart təkrar olaraq gün üzünə çıxıb. Türkiyəni hüquq və azadlıqları məhdudlaşdırmaqda günahlandıranların üzləşdikləri ilk təhdidlərə qarşı tətbiq etdikləri sərt tədbirləri ibrətlə təqib edirik".

Əsas mövzular