Tramp pisdir, ətrafı yaxşı? Bayden jurnalistlərin suallarına cavab verdi

© REUTERS / MIKE SEGARДжо Байден, фото из архива
Джо Байден, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bundan öncə Tramp bildirib ki, inauqurasiyaya getməyəcək, Pensin köməkçisi isə heç vitse-prezidentin də oraya dəvət almadığını söyləyib

BAKI, 9 yanvar - Sputnik. ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden inauqurasiyada vitse-prezident Mayk Pensi görməyə şad olacağını deyib. Donald Trampın mərasimə qatılmamaq qərarı isə, Baydenin fikrincə, "yaxşıdır". 

"Biz Maykı, vitse-prezidenti salamlayırıq, bu bizim üçün şərəf olar", - Bayden deyib. 

Ядерный взрыв - Sputnik Azərbaycan
Ehtiraslar qızışır: Amerikada artıq Trampın nüvə düyməsinə basacağından ehtiyat edirlər

Sputnik Azərbaycan-ın məlumatına görə, bundan öncə Tramp bildirib ki, inauqurasiyaya getməyəcək, Pensin köməkçisi isə heç vitse-prezidentin də oraya dəvət almadığını söyləyib. 

Baydenin inauqurasiyası yanvarın 20-də baş tutacaq.

Delaverdə jurnalistlərin qarşısına çıxan Bayden deyib ki, Tramp prezident vəzifələrini yerinə yetirməyə qadir deyil. Ancaq o, jurnalistlərin Trampın impiçment məsələsi barədə suallarından bir neçə dəfə yayınıb. Üstəlik, Bayden sələfini Vaşinqtondakı qarşıdurmaları "bilərəkdən qızışdırmaqda" günahlandırıb.

"Amerika Birləşmiş Ştatlarının fəaliyyətdə olan prezidentinin bandit qruplaşmasını dəstəkləməsi ilə nüfuzumuza bütün dünyada xələl gəldi... Bu belə davam edə bilməz və dərhal, dəqiq araşdırılmalı, günahkarlar məsuliyyətə cəlb olunmalıdırlar", - Bayden jurnalistlərə söyləyib.

Xəbər lenti
0