04:28 16 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
DÜNYA
Qısa URL
13 0 0

Bundan əvvəl Pelosi Trampın vəzifədən könüllü getməsinin, yaxud da impiçment əvəzinə Konstitusiyaya 25-ci düzəlişin tətbiqinin lehinə olduğunu bildirib

BAKI, 8 yanvar - Sputnik. Əgər Prezident Donald Tramp dərhal vəzifədən getməsə, ABŞ Konqresinin Nümayəndələr palatasındakı demokratlar onun vəzifədən kənarlaşdırılması proseduruna başlayacaqlar. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə aşağı palatanın spikeri Nensi Pelosinin partiyadaşlarına məktubunda deyilir.

Sənədi NBC News telekanalı yayıb. Telekanalın hesablamalarına görə, Trampın vəzifədən kənarlaşdırılmasına 230 konqresmen razıdır, bunlardan yalnız biri resublikaçıdır. 

Bundan əvvəl Pelosi Trampın vəzifədən könüllü getməsinin, yaxud da impiçment əvəzinə Konstitusiyaya 25-ci düzəlişin tətbiqinin lehinə olduğunu bildirib. 2019-cu ildə demokratlar impiçmentə cəhd eləsələr də, Senatda respublikaçıların çoxluğu səbəbindən istəklərinə nail ola bilməmişdilər.

Düzəlişə görə, əgər vitse-prezident Mayk Pens və Trampın kabinetinin əksəriyyəti onun iş qabiliyyətinin olmadığını təsdiqləsə, o zaman Pens avtomatik olaraq prezidentin vəzifələrinin müvəqqəti icraçısı olur, sonra isə iş konqressə keçir. Və əgər konqres də qərar verməyi ləngitsə, həmin müddət ərzində Pens prezidentin vəzifəsini icra edir.

Pelosinin hövsələsini daşdıran bir səbəb də var. Onun noutbuku Kapitolidə iğtişaşlar zamanı oğurlanıb. Bu barədə isə onun köməkçisi Drü Hemmill bildirib. 

"Konfrans zalında oğurlanıb. O noutbukdan yalnız təqdimatlar zamanı istifadə olunurdu", - Hemmill Twitter-də yazıb. 

Çərşənbə günü Donald Trampın çıxış etdiyi mitinqdən sonra onun tərəfdarları Kapitoli binasına hücum ediblər. Binaya zərər vurulub. İğtişaş səbəbindən Konqresin Co Baydenin prezident seçkisində qələbəsini təsdiqləməsi gecikib. Bu fonda demokratların Senatdakı liderləri Trampa qarşı impiçmentə səsləyiblər. Qarşıdurmalarda 2 nəfər ölüb, onlardan biri Kapitolinin polis əməkdaşıdır.

Teqlər:
ultimatum, impiçment, Tramp, Nümayəndələr Palatası, Konqres, Senat, ABŞ

Əsas mövzular