WP: Kapitolidə tutulanlardan birinə məhkəmədə rus dilindən tərcüməçi lazım olub

© AP Photo / Manuel Balce CenetaПротесты в США
Протесты в США - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırda FTB, polis və Ədliyyə Nazirliyi Vaşinqtondakı iğtişaşlarda iştirak edən şəxslərin axtarışını davam etdirirlər

BAKI, 8 yanvar - Sputnik. Vaşinqtonda Kapitoli binasına hücum zamanı tutulanlardan birinə rus dilindən tərcüməçi lazım olub.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Washington Post yazır.

Qəzetin məlumatına görə, Kapitolidə iğtişaşlar zamanı tutulan onlarla şəxs cümə axşamı məhkəmə qarşısına çıxarılıb. Vaşinqton federal prokurorunun vəzifələrini müvəqqəti icra edən Mayk Şervin bildirib ki, hadisəyə görə təxminən 40 cinayət işi açıllıb, daha 15-nin isə gün sonunadək açılması gözlənilirdi. Prokurorun sözlərinə görə, tutulanlardan birinin üzərindən yarımavtomat tüfəng və molotov kokteyli çıxıb. 

Washington Post yazır ki, bir nəfər polisə hokkey çubuğu ilə hücum etməkdə təqsirləndirilir. Daha bir nəfər isə məhkəmədə rus dilindən tərcüməçi tələb edib. Rusca danışan şəxs: "Mən bilmirəm, siz hansı qanunsuz müdaxilədən danışırsınız", - deyib. Onun barəsində başqa məlumat yazılmır.

Hazırda FTB, polis və Ədliyyə Nazirliyi Vaşinqtondakı iğtişaşlarda iştirak edən şəxslərin axtarışını davam etdirirlər. Kolumbiya dairəsinin polis departamentinin başçısı Robert Konti isə iğtişaşların iştirakçısının tutulması üçün məlumata görə 1 min dollar mükafat vəd edib. 

Çərşənbə günü Donald Trampın çıxış etdiyi mitinqdən sonra onun tərəfdarları Kapitoli binasına hücum ediblər. Binaya zərər vurulub. İğtişaş səbəbindən Konqresin Co Baydenin prezident seçkisində qələbəsini təsdiqləməsi gecikib. Bu fonda demokratların Senatdakı liderləri Trampa qarşı impiçmentə səsləyiblər. Qarşıdurmalarda 2 nəfər ölüb, onlardan biri Kapitolinin polis əməkdaşıdır.

 

Xəbər lenti
0