16:15 23 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
DÜNYA
Qısa URL
10 0 0

"İndi lazımi addımlar atılaraq proses tamamlanmalı, hər yerdə olduğu kimi ABŞ-da da insanlar demokratiyanı və qanunun aliliyini müdafiə etməlidirlər".

BAKI, 8 yanvar — Sputnik. Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop bildirib ki, ABŞ öz problemlərini demokratiya çərçivəsində həll etməlidir. Sputnik Azərbaycan-ın Anadolu Agentliyinə istinadla yaydığı məlumata görə, Şentop "Şübhəsiz ki, seçki qanuna uyğun şəkildə keçirilib və ortaya müəyyən nəticə çıxıb. İndi də lazımi addımlar atılaraq proses tamamlanmalıdır. Başqa sözlə, hər yerdə olduğu kimi ABŞ-da da insanlar demokratiyanı və qanunun tələblərini müdafiə etməli və öz problemlərini demokratiya çərçivəsində həll etməlidirlər", – deyə o bildirib.

Qeyd edək ki, yanvarın 6-da Vaşinqtonda ABŞ-ın hazırkı prezidenti Donald Trampın tərəfdarları ilə polis arasında toqquşmalar baş verib. Seçkinin nəticəsinə etiraz edənlər Konqres binasına hücum çəkərək 4 saat orada qala biliblər. Hadisə nəticəsində 4 nəfər ölüb, 50-dən çox etirazçı həbs olunub.

Əsas mövzular