Mustafa Şentop Vətən müharibəsindəki qələbədə türk hərbi texnologiyasının rolu barədə

© Sputnik / Evgeniy Biyatov / Mediabanka keçidПредседатель Великого Национального Собрания Турции Мустафа Шентоп
Председатель Великого Национального Собрания Турции Мустафа Шентоп  - Sputnik Azərbaycan
Abunə olmaq
"Qarabağ müharibəsi bir daha sübut etdi ki, Türkiyənin istehsal etdiyi hərbi məhsullar dünyadakı münaqişələrin, müharibələrin konsepsiyasını dəyişdirmək potensalına malikdir".

BAKI, 8 yanvar — Sputnik. Türkiyənin istehsal etdiyi hərbi məhsullar, texnologiyalar dünyadakı münaqişələrin, müharibələrin konsepsiyasını dəyişdirmək potensialına malikdir. Sputnik Azərbaycan Anadolu agentliyinə istinadla xəbər verir ki, bu fikri Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop səsləndirib.

"Əvvəllər qismən Suriya və Liviyada, bu yaxınlarda isə Azərbaycanın Dağlıq Qarabağ ərazisindəki münaqişədə bu çox aydın şəkildə özünü göstərdi. Qarabağ müharibəsi bir daha sübut etdi ki, Türkiyənin istehsal etdiyi hərbi məhsullar, texnologiyalar dünyadakı münaqişələrin, müharibələrin konsepsiyasını dəyişdirmək potensalına malikdir. Azərbaycanın qazandığı uğurda bu texnologiyanın rolunun böyük olduğunu artıq bütün dünya qəbul edir", - deyə Şentop vurğulayıb.

Xəbər lenti
0