15:50 23 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
DÜNYA
Qısa URL
17 0 0

O, etirazçıların ən parlaq nümayəndəsi Ceyk Anjelinin şəklini paylaşaraq altına da "Görün, "Burning Man" festivalı təxirə salınanda nə baş verir" sözlərini yazıb

BAKI, 8 yanvar — Sputnik. İlon Mask ABŞ-ın paytaxtı Vaşinqtonda Tramp tərəfdarlarının Konqres binasına hücumu ilə bağlı "Twitter"də məzəli paylaşım edib. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadla xəbər verir ki, o, etirazçıların ən parlaq nümayəndəsi – şaman-vikinq geyimində olan və başına bizon buynuzları taxmış Ceyk Anjelinin şəklini paylaşaraq altına bu sözləri yazıb: "Görün, "Burning Man" festivalı təxirə salınanda nə baş verir".

​Bununla İ.Mask nümayişçi Anjelinin qeyri-adi kostyumunun sanki məxsusi olaraq 2020-ci ildə koronavirus pandemiyası səbəbindən təxirə salınan festival üçün hazırlandığına işarə vurub.

Qeyd edək ki, "Burning Man" ("Yanan adam") festivalı hər il avqust ayının sonuncu bazar ertəsindən başlayaraq sentyabrın sonuncu bazar ertəsi gününə kimi davam edir. Festival iştirakçıları bu tədbirə qəribə kostyumlar geyinərək qatılırlar. Festival ənənəvi olaraq nəhəng insan fiqurunun yandırılması ilə başa çatır.

 

Əsas mövzular