SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ədliyyə Nazirliyi Trampı günahkar saymır

© © Chip Somodevilla/Getty Images/AFPПрезидент США Дональд Трамп, фото из архива
Президент США Дональд Трамп, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Konqresin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi isə ciddi-cəhdlə Trampı vəzifəsindən kənarlaşdırmağa çalışır

BAKI, 8 yanvar — Sputnik. ABŞ-ın Ədliyyə Nazirliyi Prezident Donald Trampı Kapitoliyə hücumda təhrikə görə ittiham etməyə hazırlaşmır.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu barədə qurumun nümayəndəsi cümə günü keçirilən brifinqdə deyib.

Jurnalistlərin "Tramp və yaxud mitinqdə çıxış edən hər hansı digər şəxs etirazçıları zorakılığa və qarşıdurmalara təhrik etməyə görə ittiham olunacaqmı?" sualına: "Biz bu qəbildən olan ittihamın irəli sürülməsini gözləmirik", - deyə Ədliyyə Nazirliyinin rəsmisi cavab verib.

Çərşənbə günü Donald Trampın çıxış etdiyi mitinqdən sonra onun tərəfdarları Kapitoli binasına hücum ediblər. Binaya zərər vurulub. İğtişaş səbəbindən Konqresin Co Baydenin prezident seçkisində qələbəsini təsdiqləməsi gecikib. Bu fonda demokratların Senatdakı liderləri Trampa qarşı impiçmentə səsləyiblər. Qarşıdurmalarda 2 nəfər ölüb, onlardan biri Kapitolinin polis əməkdaşıdır.

Konqresin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi isə ciddi-cəhdlə Trampı vəzifəsindən kənarlaşdırmağa çalışır. NBC News telekanalının hesablamalarına görə, Trampın vəzifədən kənarlaşdırılmasına 230 konqresmen razıdır, bunlardan yalnız biri resublikaçıdır.

Xəbər lenti
0