16:36 23 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
DÜNYA
Qısa URL
3610

Cozef Bayden hazırkı ölkə lideri Donald Trampın Vaşinqtonda iğtişaşlara səbəb olduğu və xaos yaratdığı qənaətindədir.

BAKI, 8 yanvar - Sputnik. ABŞ-ın yeni seçilmiş prezidenti Cozef Bayden hazırkı ölkə lideri Donald Trampın Vaşinqtonda iğtişaşlara səbəb olduğu qənaətindədir.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, belə bir açıqlamanı o, ötən gün paytaxtda baş verən iğtişaşlara qiymət verərkən deyib.

“Onları etiraz aksiyasının iştirakçıları adlandırmağa çalışmayın. Bu, iğtişaş, etiraz aksiyası deyildi, bu, xaos idi. Bu, üsyançı kütləsi, qiyamçılar, daxili terrorçulardan ibarət bir izdiham idi. Bu, prezident Trampın demokratiyaya amansız hücumunun nəticəsi idi”, - deyə Bayden vurğulayıb.

Qeyd edək ki, 2020-ci ilin noyabr ayının 3-də ABŞ-da prezident seçkiləri keçirilib. Yekun nəticələrə görə, müxalif Demokratlar Partiyasının namizədi, 78 yaşlı senator Cozef Bayden Respublikaçılar Partiyasının təmsilçisi, hazırkı prezident Donald Trampa qalib gəlib.

Buna baxmayaraq, Tramp seçkilərdə saxtakarlığın olduğunu açıqlayaraq nəticələri tanımayıb. Bunun fonunda ABŞ-ın bir sıra ştatlarında hazırkı prezidentin tərəfdarları nümayişlər keçirməyə başlayıb.

Yanvarın 6-da Vaşinqtonda keçirilən böyük mitinq isə iğtişaşa çevrilib. Donald Trampın tərəfdarları Konqres binasına basqın edib. Bu zaman 4 vətəndaş həlak olub, 14 polis yaralanıb.

Vaşinqton Polis İdarəsinin rəisi Robert Kontinin sözlərinə görə, vətəndaşlardan biri polisin açdığı atəş nəticəsində ölüb.

Paytaxtda qarışıqlıq düşəndən sonra Donald Tramp başda Cozef Bayden olmaqla digər siyasətçilərin təzyiqi altında tərəfdarlarına videomüraciət edib. O müraciətdə seçki nəticələrinin oğurlandığını, lakin, bununla belə, zorakılığa yol verilməməsinin vacibliyini vurğulayıb.

Hazırda Vaşinqtonda kommendant saatı tətbiq edilir, şəhərdə küçəyə çıxmaq qadağandır. Vəziyyət polisin nəzarəti altındadır.

Teqlər:
ABŞ prezidenti Donald Tramp, Donald Tramp, ABŞ-ın vitse-prezidenti Co Bayden, Cozef Bayden, Co Bayden, Co Bayden

Əsas mövzular