18:01 17 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
DÜNYA
Qısa URL
23 0 0

Meyvənin bu qədər bahalı olması onun becərilmə texnologiyası ilə izah olunur. Gilas ağacaları xüsusi çəlləklərdə yetişdirilir, onları iyun ayından oktyabrın əvvəlinə kimi soyuducuya yerləşdirir, sonra istixanaya köçürürlər.

BAKI, 8 yanvar — Sputnik. Yaponiyanın Yamaqata əyalətində 500 qram gilas aouksionda bir milyon yenə (9,8 min dollar) satılıb. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla bildirir ki, bu barədə yerli kənd Təsərrüfatı Kooperativləri Asossiasiyası məlumat verib. Ən bahalı auksion iri giləli gilas növü olan və ən erkən yetişən Satonosiki sortu üzrə baş tutub.

Meyvənin bu qədər bahalı olması onun becərilmə texnologiyası ilə izah olunur. Məsələ burasındadır ki, həmin gilas ağacaları xüsusi çəlləklərdə yetişdirilir. Onları iyun ayından oktyabrın əvvəlinə kimi soyuducuya yerləşdirir, sonra istixanaya köçürürlər. İstixanada gün ərzində 25, gecə isə təxminən 13 dərəcəlik temperatur təmin edilir.

Gilasın bu növünün yetişdirildiyi Tendo şəhəri Yaponiyada ən fəraş məhsul becerilən yer hesab olunur. Ümumiyyətlə, bu ölkədə ən dadlı gilaslar Yamaqata əyalətinda yetişdirilir. Yaponiyada becərilən gilasın 75 faizi həmin əyalətin payına düşür. Adətən, ilk məhsul yazın sonu yayın əvvələrində bazara çıxarılır.

 

Əsas mövzular