Dünyanın ən varlı adamı bəlli oldu: Sərvəti 188,5 milyard dollara çatıb

© © Patrick Pleul / dpa via APИлон Маск, фото из архива
Илон Маск, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bu gün avtomobillər bazarında kotirovkaların 4,8 faiz artması Teslanın sahibini milyarderlər reytinqində birinci yerə çıxarıb.

BAKI, 7 yanvar - Sputnik. Tesla” və “SpaceX” kompaniyalarının rəhbəri, amerikalı sahibkar İlon Mask dünyanın ən varlı insanlarının reytinqində Amazon korporasiyasının sahibi Ceff Bezosu qabaqlayıb.

Sputnik Azərbaycan “Bloomberg” agentliyinə istinadla xəbər verir ki, bu gün avtomobillər bazarında kotirovkaların 4,8 faiz artması Teslanın sahibini milyarderlər reytinqində birinci yerə çıxarıb.

Nəşrin məlumatına görə, Maskın varidatı 188,5 milyard dollar həcmində qiymətləndirilir. Bezosun sərvəti isə bundan 1,5 milyard dollar azdır. O, 2017-ci ilin oktyabrından reytinqə başçılıq edirdi

Xəbər lenti
0