Ağ Evdə istefalar dalğası başladı

© REUTERS / JIM URQUHARTПротесты в США
Протесты в США - Sputnik Azərbaycan
Abunə olmaq
Onların hamısı Demokratlar partiyasının üzvləridir və prezidentə qarşı 25-ci düzəliş və digər vasitələrin tətbiqini nəzərdən keçirirlər.

BAKI, 7 yanvar — Sputnik. Vaşinqtonda baş verənlərdən sonra Ağ Evin ən azı dörd əməkdaşı istefa verib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Fox News" telekanalı məlumat yayıb.

Bu arada "NBC News" telekanalı məlumat yayıb ki, ABŞ Konqresinin 100-ə yaxın konqresmeni Vaşinqtonda baş verənlərdən sonra prezident Donald Trampın vəzifədən uzaqlaşdırılması barədə çağırışları dəstəklədiklərini bildiriblər.

Onların hamısı Demokratlar partiyasının üzvləridir və prezidentə qarşı 25-ci düzəliş və digər vasitələrin tətbiqini nəzərdən keçirirlər.

Qeyd edək ki, ötən gün Kapitoli binasında ABŞ-ın hazırkı prezidenti Donald Trampın tərəfdarları ilə polis əməkdaşları arasında toqquşmalar baş verib. Nəticədə hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçılara qarşı gözyaşardıcı qaz tətbiq ediblər. Hadisə zamanı bir neçə nəfər də gözündən xəsarət alıb.

Toqquşmalarla əlaqədar ABŞ Senatı iclasını yarımçıq dayandırıb. Daha sonra Nümayəndələr Palatası iclasını yarımçıq kəsib. Hər iki palatanın üzvləri binadan təxliyə ediliblər. Etirazçılar isə binadan çıxarılıblar. Toqquşmalarla əlaqədar 20 etirazçı saxlanılıb.

ABŞ-ın paytaxtı Vaşinqtonda baş verən qarışıqlıqlar zamanı 4 nəfər həlak olub.

Kapitolidə baş vermiş atışma zamanı azı 5 nəfər xəsarət alıb.

Xəbər lenti
0