06:57 24 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
DÜNYA
Qısa URL
18 0 0

Henli İndeksinə görə, 2021-ci ilin ən etibarlı pasportları siyahısına Yaponiya başçılıq edir. Pasport reytinqi hər pasportun pulsuz giriş imkanı verdiyi ölkələrin sayını nəzərə alıb.

BAKI, 7 yanvar — Sputnik. Henli İndeksi 2021-ci il üçün etibarlı pasportların siyahısını dərc edib. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, pasport reytinqi əslində hər pasportun pulsuz giriş imkanı verdiyi ölkələrin sayını nəzərə alıb.

Belə ki, reytinqə görə, hal-hazırda dünyanın 191 ölkəsinə pulsuz giriş hüququ verən Yaponiya pasportu liderlik edir. Qeyd edilib ki, indeksdə koronavirusla əlaqəli vaxt məhdudiyyəti nəzərə alınmır, əksinə, ölkələr arasında imzalanmış uzunmüddətli viza müqavilələri nəzərə alınır. Siyahıda ikinci yerdə Sinqapur pasportudur. Sinqapur pasportu ilə dünyanın 190 ölkəsinə pulsuz getmək mümkündür. Üçüncü yerdə Almaniya və Cənubi Koreya pasportudur. Bu pasportla 189 ölkəyə pulsuz getmək mümkündür. İtaliya, Finlandiya, İspaniya, Lüksemburq pasportu ilə dünyanın 188 ölkəsinə, Danimarka və Avstriya pasportu ilə 187 ölkəyə pulsuz getmək olar.

Siyahının ilk onluğunda Portuqaliya, Fransa, Yeni Zelandiya, ABŞ, Böyük Britaniya, Avstraliya Misir, Kanada, Çexiya, Belçika və Macarıstan pasportları yer alıb. İsrail isə siyahıda 23-cü yerdədir. İsrail pasportu ilə 161 ölkəyə getmək mümkündür. BƏƏ son illər pasportlarının kotirovkalarında ən böyük sıçrayış edən ölkələrdən biridir. Belə ki, BƏƏ bu il ABŞ və İsrail də daxil olmaqla müxtəlif ölkələrlə viza müqavilələri imzalayıblar. BƏƏ hazırda 173 ölkəyə pulsuz giriş imkanı ilə 16-cı yerdədir. Xatırladaq ki, 2006-cı ildə BƏƏ reytinqdə 62-ci yeri tutmuşdu və vətəndaşlar problemsiz yalnız 35 ölkəyə gedə bilirdilər.

Ən problemli pasportlara sahib olan ölkələr bunlardır: Pakistan - 107-ci yer (32 ölkəyə giriş), Suriya - 108-ci yer (29 ölkəyə giriş), İraq - 109-cu yer (28 ölkəyə giriş).

Siyahıda ən son yeri Əfqanıstan tutub. Əfqanıstan pasportu ilə yalnız 26 ölkəyə getmək olar.

Teqlər:
Yeni Zelandiya, Fransa, Sinqapur, Yaponiya, pasport

Əsas mövzular