ABŞ Konqresi Trampın "əziyyətini" yerə vurdu

© © Chip Somodevilla / Getty Images / AFPДжо Байден, фото из архива
Джо Байден, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Yanvarın 6-da Vaşinqtonda ABŞ-ın hazırkı prezidenti Donald Trampın tərəfdarları ilə polis əməkdaşları arasında toqquşmalar baş verib. Seçkinin nəticəsinə etiraz edənlər Konqres binasına hücum edərək 4 saat orada qala biliblər

BAKI, 7 yanvar — Sputnik. ABŞ Konqresi nəhayət, Demokrat partiyasının nümayəndəsi Co Baydenin prezident seçkisində qalib gəldiyini təsdiqlədi. Sputnik Azərbaycan-ın CNN Türk-ə istinadla verdiyi xəbərə görə, Seçicilər Kollegiyasında Baydenə verilən səslərin sayı 270-i keçib.

Qeyd edək ki, yanvarın 6-da Vaşinqtonda ABŞ-ın hazırkı prezidenti Donald Trampın tərəfdarları ilə polis əməkdaşları arasında toqquşmalar baş verib. Seçkinin nəticəsinə etiraz edənlər Konqres binasına hücum edərək 4 saat orada qala biliblər. Hadisə nəticəsində 4 nəfər ölüb, 50-dən çox etirazçı həbs olunub.

Toqquşmalarla əlaqədar ABŞ Senatı iclasını yarımçıq qoyub. Daha sonra Nümayəndələr Palatası iclasını yarımçıq kəsib. Hər iki palatanın üzvləri binadan təxliyə ediliblər. Etirazçılar isə binadan çıxarılıblar.

Yanvarın 7-də işini davam etdirən Konqres, nəhayət, Co Baydenin prezidentliyini təsdiqləyib.

 

Xəbər lenti
0