Türkiyəli musiqiçinin meyiti zibillikdən tapıldı

CC0 / Emre Kuzu / guitarЧеловек с гитарой
Человек с гитарой - Sputnik Azərbaycan
Abunə olmaq
Sarıçiçək kəndinin ərazisində kəndlilər zibil paketlərindən pis qoxu gəldiyindən onları açıb və içərisində meyit olduğunu görüblər.

BAKI, 7 yanvar — Sputnik. Türkiyənin Bingöl vilayətində toy musiqiçisi Denizli Ayaz 4 gün əvvəl yoxa çıxıb.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, 35 yaşlı, beş uşaq atası D.Ayazdan xəbər ala bilməyən ailəsi vəziyyəti polisə bildirdikdən sonra araşdırma başlayıb.

Sarıçiçək kəndinin ərazisində kəndlilər zibil paketlərindən pis qoxu gəldiyindən onları açıb və içərisində meyit olduğunu görüblər.

Polis həmin meyitin D.Ayaza aid olduğunu müəyyən edib. Məlum olub ki, onu dörd dəfə atəş açaraq qətlə yetiriblər.

Xəbər lenti
0