16:35 23 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
DÜNYA
Qısa URL
25 0 0

Ötən gün Kapitoli binasında ABŞ-ın hazırkı prezidenti Donald Trampın tərəfdarları ilə polis əməkdaşları arasında toqquşmalar baş verib

BAKI, 7 yanvar — Sputnik. Birləşmiş Ştatlar Prezidenti Donald Tramp öz prezidentliyi dövründə ölkəsini bəlaya saldı. Sputnik Azərbaycan xəbər verir ki, bunu İran Prezidenti Həsən Ruhani Vaşinqtondakı hadisələri şərh edərkən qeyd edib.

"Bir populist gəldi (hakimiyyətə) və bu dörd il ərzində öz ölkəsini bəlaya saldı. Sağlam olmayan adam hökumətə gələndə öz ölkəsi və dünya üçün problemlər yaradır", - deyə Ruhani qeyd edib.

O, həmçinin baş verənlərin dərs olacağına ümid etdiyini də bildirib.

Qeyd edək ki, ötən gün Kapitoli binasında ABŞ-ın hazırkı prezidenti Donald Trampın tərəfdarları ilə polis əməkdaşları arasında toqquşmalar baş verib. Nəticədə hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçılara qarşı gözyaşardıcı qaz tətbiq ediblər. Hadisə zamanı bir neçə nəfər də gözündən xəsarət alıb.

Toqquşmalarla əlaqədar ABŞ Senatı iclasını yarımçıq dayandırıb. Daha sonra Nümayəndələr Palatası iclasını yarımçıq kəsib. Hər iki palatanın üzvləri binadan təxliyə ediliblər. Etirazçılar isə binadan çıxarılıblar. Toqquşmalarla əlaqədar 20 etirazçı saxlanılıb.

ABŞ-ın paytaxtı Vaşinqtonda baş verən qarışıqlıqlar zamanı 4 nəfər həlak olub.

Kapitolidə baş vermiş atışma zamanı azı 5 nəfər xəsarət alıb.

Teqlər:
Həsən Ruhani, İran, Donald Tramp, Senat, etirazlar, ABŞ

Əsas mövzular