19:04 17 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
DÜNYA
Qısa URL
5710

ABŞ Prezidenti Donald Tramp keçmiş sosialist respublikalarının sıradan bir lideri sayağı hakimiyyətdən xoşluqla getmək istəmir.

BAKI, 7 yanvar - Sputnik. ABŞ-ın paytaxtı Vaşinqtonda baş verən qarışıqlıqlar zamanı 4 nəfər həlak olub. "Report" xəbər verir ki, bu barədə Vaşinqton polisinin rəhbəri bildirib.

Kapitolidə baş vermiş atışma zamanı azı 5 nəfər xəsarət alıb.

Qeyd edək ki, Kapitoli binasında ABŞ-ın hazırkı prezidenti Donald Trampın tərəfdarları ilə polis əməkdaşları arasında toqquşmalar baş verib. Nəticədə hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçılara qarşı gözyaşardıcı qaz tətbiq ediblər. Hadisə zamanı bir neçə nəfər də gözündən xəsarət alıb.

Toqquşmalarla əlaqədar ABŞ Senatı iclasını yarımçıq dayandırıb. Daha sonra Nümayəndələr Palatası iclasını yarımçıq kəsib. Hər iki palatanın üzvləri binadan təxliyə ediliblər. Etirazçılar isə binadan çıxarılıblar. Toqquşmalarla əlaqədar 20 etirazçı saxlanılıb.

ABŞ-da baş verən toqquşmalar yalnız paytaxt Vaşinqtonu əhatə etməyib.

Birləşmiş Ştatların hazırkı prezidenti Donald Trampın tərəfdarları Los-Ancelesdə də qarşıdurmalar yaradıblar.

Məlumata görə, Los-Ancelesdə də prezident seçkilərinin nəticələrinin ləğvi tələbi ilə bağlı keçirilən mitinqin gedişatında polislə kütləvi toqquşmalar olub.

Əsas mövzular