Trampın tərəfdarları məğlubiyyətlə barışmaq istəmirlər

© REUTERS / SHANNON STAPLETONПротесты в США
Протесты в США - Sputnik Azərbaycan
Abunə olmaq
Bu gün ABŞ Konqresinin Demokratların namizədi Co Baydenin prezidentliyini təsdiqləyəcəyi gözlənilir. Bu ərəfədə yüzlərlə Tramp tərəfdarı Baydenin kiçik fərqlə qalib gəldiyi mübahisəli ştatlarda seçici səslərinin nəzərə alınmamasını tələb edir.

BAKI, 6 yanvar — Sputnik. Vaşinqtonda ABŞ-ın hazırkı prezidenti Donald Trampın tərəfdarları ilə polis arasında toqquşma olub. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə Fox News telekanalı məlumat yayıb.

Qeyd edək ki, bu gün ABŞ Konqresinin Demokratların namizədi Co Baydenin prezidentliyini təsdiqləyəcəyi gözlənilir. Bu ərəfədə yüzlərlə Tramp tərəfdarı Baydenin kiçik fərqlə qalib gəldiyi mübahisəli ştatlarda seçici səslərinin nəzərə alınmamasını tələb edir. Əvvəl etiraz aksiyası dinc xarakter daşısa da, dünən axşam saatlarından etibarən polislə nümayişçilər arasında toqquşmalar başlayıb.

Media orqanlarının yaydığı xəbərə görə, hüquq mühafizəçiləri etirazçıları dağıtmaq üçün bibər qazından istifadə edib. Yanvarın 5-də axşam saatlarında ən az 6 nəfər həbs olunub.

Vaşinqtonda etiraz aksiyaları davam edir.

Xəbər lenti
0