18:09 20 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
DÜNYA
Qısa URL
24 0 0

Yalnız Rusiyanın “RTR-Planeta” telekanalı bütün ölkə boyu, “Rossiya-Kultura” və “Birinci kanal” isə paytaxt Yerevanda açıq yayım hüququnu qoruyub saxlayıb.

BAKI, 6 yanvar - Sputnik. Ermənistanda qanunvericiliyə edilən son dəyişiklikdən sonra ölkə ərazisində Rusiyanın bir neçə telekanalının açıq yayımı saxlanılıb.

Sputnik Ermənistan-ın verdiyi xəbərə görə, yalnız Rusiyanın “RTR-Planeta” telekanalı bütün ölkə boyu, “Rossiya-Kultura” və “Birinci kanal” isə paytaxt Yerevanda açıq yayım hüququnu qoruyub saxlayıb.

Qeyd edək ki, 2020-ci ilin dekabr ayının sonunda Rusiyanın Rəqəmli İnkişaf, Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyi kütləvi kommunikasiyalar sahəsində Ermənistanla əməkdaşlıq haqda hökumətlərarası razılaşmanın imzalandığını açıqlayıb.

Xatırladaq ki, ötən ilin avqustunda Ermənistan prezidenti Armen Sarkisyan “Audiovizual media” haqqında qanunu imzalayıb. Qanun xarici dildə fəaliyyət göstərən telekanalların, o cümlədən Rusiya telekanalların ölkə ərazisində açıq yayımını qadağan edirdi. Dəyişikliyə əsasən, bundan sonra Ermənistanda xarici TV-lər pullu paketdə yayımlanacaq. Dəyişiklikdən əvvəl də Ermənistanda Rusiyanın “Birinci kanalı”, “RTR-Planeta”, “Rossiya-Kultura”, eyni zamanda, dövlətlərarası “Mir” telekanalı açıq yayımlanıb.

Əsas mövzular