17:12 19 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
DÜNYA
Qısa URL
2310

ABŞ mediasında yer alan xəbərə görə, bir çox aviasiya dispetçerləri tərəfindən eşidilən intiqam alınacağı ilə bağlı səs yazısı bu ölkədə böyük çaxnaşmaya səbəb olub.

BAKI, 6 yanvar — Sputnik. Mənbəyi məlum olmayan səs yazısı Amerikanı təşvişə salıb. Sputnik Azərbaycan Türkiyə-nin Hürriyet qəzetinə istinadla xəbər verir ki, səs yazısında ötən il ABŞ-ın sui-qəsd törədərək öldürdüyü İran generalı Qasım Süleymaninin intiqamının alınacağı və bu gün (yanvarın 6-da) ABŞ Konqres binasına hücum ediləcəyi bildirilir:

"Cərşənbə günü Konqres binasına uçuruq. Süleymaninin intiqamı alınacaq".

ABŞ mediasında yer alan xəbərə görə, bir çox aviasiya dispetçerləri tərəfindən eşidilən səs yazısı bu ölkədə böyük çaxnaşmaya səbəb olub. Səs yazısını ABŞ-ın CBS telekanalı efirə verəndən sonra Federal Təhlükəsizlik Bürosu və Federal Aviasiya İdarəsi araşdırmalara başlayıb. Səs yazısında məhz yanvar ayının 6-da - ABŞ Konqresinin Demokratların seçkidə qalib gəlmiş nümayəndəsi Co Baydenin prezidentliyini təsdiqləyəcəyi gün "intiqam" almaq üçün bir təyyarənin Konqres binasına hücuma keçəcəyi bildirilir.

FTB-dən məsələyə münasibət bildirilərkən qeyd olunub ki qurum ictimai təhlükəsizliyi poza biləcək bütün təhdidləri ciddi qəbul edir.

Hələlik sözügedən mesajı kimin göndərdiyi məlum deyil. Bununla belə, CBS telekanalı təhdidin kifayət qədər inandırıcı olduğunu bildirib.

Xatırladaq ki, yanvarın 3-də gecə Bağdad aeroportu yaxınlığında ABŞ pilotsuz uçuş aparatından endirilən zərbə nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı "Qüds" Qüvvələrinin komandanı general Qasim Süleymani, Hüseyn Pur Cəfəri, Şəhruz Müzəffərinia, Hadi Taremi, Vəhid Zamaninia və İraqın könüllü "Həşdi-Şaabi" qruplaşmasının komandir müavini Əbu Mehdi Əl-Mühəndis daxil olmaqla, 10 nəfər öldürülmüşdü. İran Ali dini lideri Əli Xamaneyi və İran Prezidenti Q.Süleymaninin ölümünə görə ABŞ-dan qisas alınacağını bəyan etmişdi.

Teqlər:
ABŞ Konqresi, general Qasım Süleymani, Qasım Süleymani, İran, ABŞ

Əsas mövzular